Qızlar arasında şahmat üzrə turnir və ustad dərsləri keçirilib
Qax Olimpiya İdman Kompleksində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və “Nəfəs” İnsanlığa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan qızlar arasında (170 nəfər) şahmat üzrə turnir və ustad dərsləri keçirilib.

Ustad dərslərində beynəlxalq qrosmeysterlər Aynur Sofiyeva, Zeynəb və Türkan Məmmədyarovalar iştirak ediblər. Tədbir qızlar arasında intellektual oyunlara marağın təşviqi, analitik düşünmə qabliyyətinin formalaşdırılması və onların asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi daşıyır.

Xəbər 219 dəfə oxundu.