Azərbaycan Premyer Liqasının oyunları həftədə üç gün ərzində keçiriləcək
Futbol üzrə Azərbaycan Premyer Liqasının oyunları VAR (videoköməkçi hakim) sisteminə görə həftədə üç gün ərzində keçiriləcək.

Bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümünün püşkatma mərasimində deyib.

R.Musayev VAR sistemi ilə əlaqədar AFFA rəhbərliyi ilə görüşdüklərini söyləyib: “Hazırda bir gündə bölgələrdə istifadə olunması üçün bir maşın var. Bakıda belə problem yoxdur. Çünki həmin qurğu 80 kilometr radiusu əhatə edə bilir. Ona görə də xahiş etdilər ki, bölgələrdə eyni gündə iki oyun olmasın. Biz də qərara aldıq ki, oyunlar cümə, şənbə və bazar günləri keçirilsin”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 5-də başlayacaq.

Xəbər 216 dəfə oxundu.