Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Fuad Ağayev Avropa çempionatının final mərhələsinə təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Fuad Ağayev Çexiyada 17 yaşadək voleybolçu qızlar arasında keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.

iyulun 16-da start götürəcək yarışda niderlandlı, çexiyalı, türk, estoniyalı, ispaniyalı, bolqarıstanlı, yunanıstanlı, italiyalı, belçikalı, norveçli və kiprli ədalət təmsilçiləri də yer alacaqlar.

Qeyd edək ki, Çexiyanın Hradec Kralove şəhərində təşkil olunacaq yarış iyulun 24-dək davam edəcək. Avropa çempionatında Bolqarıstan, Xorvatiya, Çexiya, Almaniya, Serbiya, Niderland, Macarıstan, İtaliya, Polşa, Sloveniya, Türkiyə və Finlandiya yığmaları mübarizə aparacaqlar.

Xəbər 360 dəfə oxundu.