Barış Şimşek AFFA-nın Hakimlər Komitəsinə sədr təyin olunub
İyulun 15-də AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Aparılmış müzakirələrdən sonra türk mütəxəssis Barış Şimşek 2 il müddətinə assosiasiyanın Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunması barədə qərar qəbul olunub.

Samir Əliyev 1 seçmə mərhələ müddətinə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.

İclasda “Sabah” klubunun əvəzedici komandasının 2022/2023-cü il mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı AFFA-ya müraciəti müsbət cavablandırılıb.

Region Liqası komandalarının Birinci Divizionda çıxış edə bilməsi üçün AFFA-nın baş katibliyi və Peşəkar Futbol Liqası tərəfindən meyarlar müəyyənləşdirilməsi barədə qərar qəbul olunub. Meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/2023-cü illər mövsümündə Birinci Divizionda iştirakı təmin olunacaq.

Xəbər 215 dəfə oxundu.