Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümünün püşkü atılıb | |
İyulun 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümünün püşkü atılıb. Püşkatma nəticəsində birinci turda üz-üzə gələcək komandalar bəlli olub. Birinci turda “Sabah” – “Sumqayıt”, “Turan Tovuz” – “Qəbələ”, “Kəpəz” – “Zirə”, “Şamaxı” – “Neftçi” və “Qarabağ” – “Səbail” görüşləri keçiriləcək. Qeyd edək ki, yeni mövsüm avqustun 5-də start götürəcək. |
|
Xəbər 404 dəfə oxundu. |
|
|