“Sabah” klubu futbolçusu Lukas Rangellə yollarını ayırıb
Bakının “Sabah” klubu futbolçusu Lukas Rangellə yollarını ayırıb.

Braziliyalı hücumçu ilə mövsümün sonunda başa çatan icarə müqaviləsi yenilənməyib.

İyirmi səkkiz yaşlı forvarda xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, futbolçu 2021/2022-ci il mövsümünün ikinci yarısında Ukraynanın “Vorskla” klubundan icarəyə götürülmüşdü.

Xəbər 227 dəfə oxundu.