Kişi samboçular arasında Azərbaycan kuboku yarışı keçiriləcək
İyulun 17-də Abşeron Olimpiya İdman Kompleksində kişilər arasında sambo üzrə ölkə kuboku yarışı start götürəcək.

SSRİ-nin və Azərbaycanın Əməkdar məşqçisi Əbülfəz Əliyevin xatirəsinə həsr olunacaq yarışda şəhər və rayonlardan 30-a yaxın idman təşkilatından 200-ə yaxın idmançının iştirakı nəzərdə tutulub.

Xəbər 206 dəfə oxundu.