Çempionlar Liqası: “Qarabağ”la oyunlar üçün “Sürix” iştirak ərizəsini UEFA-ya təqdim edib
İsveçrənin “Sürix” klubu Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəyi Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Baş məşqçi Franko Fodanın tərtib etdiyi siyahıya qapıçılar - Jivko Kostadinoviç, Yanik Brexer, müdafiəçilər - Lindrit Kamberi, Fidan Aliti (Kosovo), Nikola Boraniyaşeviç (Serbiya), Karol Mets (Estoniya), Mirlind Kryeziu (Kosovo), yarımmüdafiəçilər - Adrian Gerrero (İspaniya), Ole Selnes (Norveç), Antonio Markesano, Mark Hornşux (Almaniya), Şeyk Konde (Qvineya), Blerim Cemayli, Fabian Roner, Ştefan Zayler, Akakiy Qogia (Almaniya), hücumçular - İvan Santini (Xorvatiya), Jonatan Okita (Almaniya), Ayequn Tosin (Nigeriya) və Vilfred Qnontonun (İtaliya) adı daxil edilib.

Qeyd edək ki, “Qarabağ”la “Sürix” arasında ilk matç iyulun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cavab oyunu isə iyulun 27-si İsveçrədə olacaq.

Xəbər 248 dəfə oxundu.