Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş idman filmləri və proqramları milli televiziya festivalı təşkil olunacaq
Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş idman filmləri və proqramları milli televiziya festivalı təşkil olunacaq. Festival dövlət başçısı İlham Əliyevin xalqımızın sağlam gələcəyini təmin etmək üçün Azərbaycanda idmanı ümumxalq hərəkatına çevirmək siyasətinin məntiqi davamıdır.

Festivala dövlət, özəl televiziya kanalları, prodakşn studiyaları, idman federasiyaları və kommersiya şirkətləri tərəfindən 2020-2022-ci illərdə istehsal edilmiş, idmanın və idmançıların təbliğinə həsr olunmuş filmlər, proqramlar, reklam çarxları və musiqili kliplər təqdim oluna bilər.

Materiallar festivalın təşkilati komitəsinə təqdim edilməlidir. Filmlər, proqramlar, reklam çarxları və musiqili kliplər festivalın təşkilati komitəsinin ünvanına DVD, flaşkart formasında təqdim olunmalı və ya wetransfer.com saytı vasitəsilə festivalın rəsmi elektron poçt qutusuna göndərilməlidir.

Qaliblər “Güclü, iradəli” (idman və idmançılara həsr olunmuş sənədli və bədii filmlər), “Həyat naminə – İdman” (idman haqqında proqramlar və idman yarışlarının nümayişi), idmanı və idmançıları təbliğ edən reklam və promo çarxları, “klip” nominasiyaları üzrə müəyyənləşəcək.

Xəbər 382 dəfə oxundu.