Qran-Pri turnirinin birinci günündə üç cüdoçumuz tatamiyə çıxacaq
Bu gün Xorvatiyanın Zaqreb şəhərində cüdo üzrə Qran-Pri turniri start götürür.

Turnirin birinci günü üç cüdoçumuz mübarizəyə başlayacaq. Belə ki, kişilər arasında keçirilən yarışda Kəramət Hüseynov (60 kq), Orxan Səfərov və Yaşar Nəcəfov (66 kq) güclərini sınayacaqlar.

Qadınların yarışında isə Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) çıxış edəcək.

Qeyd edək ki, üç gün davam edəcək Qran-Pri turnirində 69 ölkədən 500-dən çox idmançı mübarizə aparacaq.

Xəbər 420 dəfə oxundu.