“Qaziantep” – “Neftçi” matçında hesab açılmayıb
Türkiyədə təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu sonuncu yoxlama oyununu keçirib.

Bakı təmsilçisi Türkiyə Super Liqasında çıxış edən “Qaziantep”lə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, Türkiyə toplanışı çərçivəsində “Neftçi” ilk yoxlama matçında “Sakaryaspor”la 1:1 hesablı heç-heçə edib. Digər yoxlama oyununda “Neftçi” klubu “Sivasspor”a 0:1 hesabı ilə məğlub olub.

Xəbər 230 dəfə oxundu.