Bakıda “Təmiz şəhər üçün “Hərəkətdə ol” adlı veloyürüş keçirilib
İyulun 14-də Dənizkənarı Milli Park ərazisində Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə “Təmiz şəhər üçün “Hərəkətdə ol” adlı veloyürüş keçirilib.

Layihənin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi, onların asudə vaxtlarının səmərəli təşkili, ətraf mühitin mühafizəsi, ekoloji mədəniyyətin təbliği və formalaşdırılmasıdır.

Yürüşdə 100-dən çox həvəskar velosipedçi iştirak edib. 
Veloyürüş iştirakçıları Dənizkənarı Milli Park boyunca 5 kilometr məsafə qət ediblər.

Yürüş şəhər sakinlərinin böyük marağına səbəb olub.

Xəbər 320 dəfə oxundu.