Novak Cokoviç Bosniya və Herseqovinada tennis kompleksinin açılışında iştirak edib
Dünyanın bir nömrəli raketka ustası Novak Cokoviç Bosniya və Herseqovinanın Visoko şəhərində tennis kompleksinin açılışında iştirak edib.

Açılış mərasimində serbiyalı tennisçi bu günün Bosniya və Herseqovina və Visoko şəhəri, eləcə də region üçün xüsusi gün olduğunu bildirib.

Mərasimdə İtaliya, Bosniya və Herseqovina, Serbiya və Şimali Makedoniyadan çoxlu sayda gənc tennisçi iştirak edib, tennis yarışları keçirilib.

Xəbər 465 dəfə oxundu.