Sabah “Zirə” – “Makkabi” oyununun biletləri satışa çıxarılacaq
Bakıda “Zirə” və İsrailin “Makkabi” (Təl-Əviv) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılır.

Azarkeşlər biletləri iyulun 15-də saat 12:00-dan əldə edə biləcəklər. Biletlərin qiyməti sektorlara əsasən, müvafiq olaraq 2, 5, 10 və 20 manat təşkil edir.

Biletləri Zirə Olimpiya İdman Kompleksi, “Dalğa Arena”, “Azfar futbol Böyükşor”, “ASK Arena”, metronun “Gənclik” və “Xətai” stansiyaları yaxınlığında yerləşən meydançalardan almaq olar.

Qeyd edək ki, iyulun 21-də “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra İsraildə olacaq.

Xəbər 347 dəfə oxundu.