Vüqar Əsgərli “Şamaxı” futbol klubuna baş məşqçi təyin olunub
“Şamaxı” futbol klubunda yeni təyinatlar gerçəkləşib.

Vüqar Əsgərli əsas komandaya baş məşqçi təyin olunub. Cavid Hüseynov, Rüstəm Əliyev və Elhad Nəziri ilə baş məşqçinin köməkçiləri kimi münasibətlər rəsmiləşdirilib.

Eyni zamanda, sabiq baş məşqçi R.Əliyev ilə əvvəllər imzalanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Kamran İsmayılov isə klubun baş meneceri təyin olunub.

Xəbər 328 dəfə oxundu.