Sabah Xorvatiyada cüdo üzrə Qran-Pri turniri start götürəcək
Sabah Xorvatiyanın Zaqreb şəhərində cüdo üzrə Qran-Pri turniri start götürəcək.

Yarışda Azərbaycanı 14 cüdoçu təmsil edəcək. Kişilər arasında Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Said Mollayi, Zelim Tçkayev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+ 100 kq) mübarizə aparacaqlar. Qadınların yarışında isə cüdoçularımız Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq) güclərini sınayacaq.

Qran-Pri turniri 3 gün davam edəcək. Yarışda 69 ölkədən 500-dən çox idmançı iştirak edəcək.

Xəbər 266 dəfə oxundu.