“Sabah” klubu seneqallı futbolçu ilə heyətini gücləndirib
Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Seneqallı futbolçu Abdulaye Ba ilə 1+1 illik müqavilə imzalanıb.

Mərkəz müdafiəçisi karyerası ərzində Portuqaliyanın “Portu”, “Sportinq”, “Akademika”, “Gimaraynş”, “Moreyrense”, “Aroka”, İspaniyanın “Rayo Valyekano”, “Deportivo”, Türkiyənin “Fənərbağça”, “Alanyaspor”, Almaniyanın “Münxen 1860” və Rumıniyanın “Dinamo” (Buxarest) klublarında çıxış edib.

Otuz bir yaşlı oyunçu Seneqal millisinin heyətində 6 oyun keçirib.

Xəbər 232 dəfə oxundu.