Arturo Vidal “Flamenqo” futbol klubu ilə müqavilə imzalayıb
Arturo Vidal karyerasını Braziliyada davam etdirəcək. Çilili yarımmüdafiəçi İtaliyanın “İnter” klubundan Braziliyanın "Flamenqo" klubuna transfer olub.

Bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb. “Bavariya”, “Yuventus”, “Barselona” və “İnter” klublarının sabiq futbolçusu Arturo Vidalın "Flamenqo" ilə müqaviləsinin təfərrüatları açıqlanmır.

Bir müddət öncə İtaliyanın “İnter” klubu 2020-ci ildən komandada çıxış edən çilili yarımmüdafiəçi ilə müqaviləyə son verdiyini açıqlamışdı.

Qeyd edək ki, Arturo Vidal beş dəfə İtaliya “A Seriyasının” qalibi olub. O, Çili millisinin tərkibində 132 oyun keçirib, 32 qol vurub və 9 məhsuldar ötürmə edib.

Xəbər 315 dəfə oxundu.