AFFA-nın növbəti iclasında U-21 milli komandasının baş məşqçisi vəzifəsinə təyinat müzakirə ediləcək
İyulun 15-də AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçiriləcək.

iclasda Hakimlər Komitəsinin sədri və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifələrinə təyinatlar müzakirə ediləcək. Həmçinin “Sabah” futbol klubunun əvəzedici komandasının 2022-2023-cü il mövsümündə birinci divizionda çıxış etməməsi ilə bağlı müraciətinə də baxılacaq.

İclasda digər məsələlərin müzakirəsi də nəzərdə tutulub.

Xəbər 314 dəfə oxundu.