“Fənərbağça” Braziliya klubundan futbolçu transfer edir
Türkiyənin “Fənərbağça” klubu heyətini yeni futbolçu ilə gücləndirir.

İstanbul təmsilçisi braziliyalı yarımmüdafiəçi Villian Araonun transferi ilə bağlı onun komandası “Flamenqo” ilə razılıq əldə edib.

İyirmi doqquz yaşlı futbolçu tibbi müayinədən keçmək və müqavilə şərtləri ilə bağlı danışıqları yekunlaşdırmaq üçün İstanbula gələcək.

Qeyd edək ki, Villian Arao 2016-cı ildən “Flamenqo” komandasında çıxış edir. O, bu mövsüm 34 matçda beş qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

“Fənərbağça”, həmçinin bu gün yarımmüdafiəçisi Mesut Özillə yollarını ayırıb. Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. 2021-ci ildən bu komandada oynayan futbolçu “Başakşehir” klubu ilə anlaşıb.

Xəbər 346 dəfə oxundu.