Nasser Salimi: Yaxın gələcəkdə Azərbaycan həndbolunun Avropada öz sözünü deyəcəyinə ümid edirəm
Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan həndbolu Avropada öz sözünü deyəcək.

Bu sözləri həndbol üzrə yığma komandanın baş məşqçisi Nasser Salimi deyib.

Baş məşqçi V İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarında çıxış edəcək komandanın hazırlığını yüksək qiymətləndirib.

“Azərbaycan millisi sürətlə inkişaf edir. Bütün istiqamətlər üzrə - həm fiziki, həm taktiki, həm də texniki hazırlığı artırmaq üçün məşq edirik. İslamiadadakı rəqiblərimiz güclü olsa da, onlara qarşı layiqli çıxış etməyə çalışacağıq”, - deyə Nasser Salimi bildirib.

Xəbər 391 dəfə oxundu.