“FTX Road to Miami”: Şəhriyar Məmmədyarov ilkin mərhələnin son turlarında mübarizə aparacaq
Şahmat üzrə Çempionlar turu çərçivəsində “FTX Road to Miami” turnirinin ilkin mərhələsi davam edir.

Yarışda Azərbaycanı qrosmeyster Şəhriyar Məmmədyarov təmsil edir. Bu gün şahmatçılar ilkin mərhələnin son 3 turunda mübarizə aparacaqlar. Şahmatçımız günün ilk qarşılaşmasında ABŞ təmsilçisi Cefri Ksionqla mübarizə aparacaq. Sonrakı qarşılaşmalarda norveçli Aryan Tari və ABŞ-ın digər təmsilçisi Samuel Sevian ilə üz-üzə gələcək.

Dairəvi sistem üzrə keçirilən yarışda 16 iştirakçı pley-offda çıxış edəcək səkkiz nəfəri müəyyənləşdirəcək.

Qeyd edək ki, Ş.Məmmədyarov ötən gün 4 turda iştirak edib. Belə ki, startda amerikalı Hans Moke Niemannla xalı yarı bölən təmsilçimiz sonrakı qarşılaşmada Arjun Erigaisiyə (Hindistan) uduzsa da, növbəti turda çinli Venjun Juya qalib gəlib. Günün son turunda niderlandlı Aniş Giri ilə heç-heçə edib.

Şəhriyar Məmmədyarov 13 xalla 12 turdan sonra 6-cı sırada qərarlaşıb.

Xəbər 313 dəfə oxundu.