“Qəbələ” yoxlama oyununda Rumıniyanın “Çiksereda” klubuna qalib gəlib
Yeni mövsümünün hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” futbol klubu növbəti yoxlama oyununu keçirib.

“Qəbələ” ikinci sınağında Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində Rövlan Muradov və Asif Məmmədov fərqləniblər.

Qeyd edək ki, “Qəbələ” Türkiyədəki ilk yoxlama görüşündə Türkiyə Super Liqasında çıxış edən “Qaziantep” klubuna 1:2 hesabı ilə uduzub.

Xəbər 234 dəfə oxundu.