Atıcımız Ruslan Lunyov vətənə qızıl medalla dönüb
Ruslan Lunyov Lapua Avropa kubokunun üçüncü təsnifat mərhələsində iştirak edərək iki gümüş və bir qızıl medal qazanıb.

Həmyerlimiz kişilər arasında keçirilən 25 metr məsafəyə tapançadan atış üzrə yarışın qalibi olaraq, ən yüksək pilləyə yüksəlib. Vətənə qələbə ilə dönən idmançımız 580 xal toplayıb.

“Qələbə qazandığım üçün çox xoşbəxtəm. Son atışlarda düşünürdüm ki, hətta dünya rekordunu da qıra bilərəm. Lakin məni rekorddan cəmi 5-6 xal ayırdı”, - deyə atıcımız son dövrədə 91 xal toplamasına münasibət bildirib.

Bununla da Ruslan Lunyov Avropa kubokunun sentyabrda Lissabonda keçiriləcək final yarışına vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa Atıcılıq Federasiyasının yarışlarından olan Lapua Avropa kuboku Estoniyanın Tallin şəhərində baş tutub.

Xəbər 310 dəfə oxundu.