UEFA Çempionlar Liqası: “Qarabağ” və “Lex” komandalarının start heyətləri açıqlanıb
Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək Ağdamın “Qarabağ” və Polşanın “Lex” komandalarının start heyətləri açıqlanıb.

Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Riçard Almeyda, Marko Yankoviç, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borges, İbrahima Vadji, Marko Veşoviç, Elvin Cəfərquliyev və Kevin Medina yer alıblar.

“Lex” komandasının heyətində isə Artur Rudko, Joel Pereyra, Pedro Reboşu, Yesper Karlström, Mikael İshak, Antonio Miliç, Mixal Skuras, Radoslav Muravski, Kristoffer Velde, Joao Amaral və Lubomir Şatka meydana çıxacaqlar.

Qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk matçda "Qarabağ" minimal hesabla uduzub - 0:1.

Xəbər 330 dəfə oxundu.