“Mançester Siti” klubu ispaniyalı futbolçusu ilə müqaviləni yeniləyib
İngiltərənin “Mançester Siti” klubu futbolçusu Rodri ilə müqaviləni yeniləyib.

ispaniyalı futbolçu ilə 2027-ci ilədək müqavilə imzalanıb.

İyirmi altı yaşlı futbolçu daha üç mövsüm Mançester təmsilçisinin şərəfini qoruyacaq.

2019-cu ildən “Mançester Siti”də çıxış edən futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 33 matçda meydana çıxıb. Futbolçu 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbər 363 dəfə oxundu.