Afrika Futbol Konfederasiyası mövsümün ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb
Afrika Futbol Konfederasiyası mövsümün ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.

Siyahıda 10 futbolçu yer alıb. “Ən yaxşı” futbolçu adına namizədlər arasında Sadio Mane (“Bavariya”, Seneqal), Riyad Marez (“Mançester Siti”, Əlcəzair), Məhəmməd Salah (“Liverpul”, Misir), Karl Toko-Ekambi (“Lion”, Kamerun), Vensan Abubakar (“Əl-Nasr”, Kamerun), Sebastyan Aller (“Ayaks”, Fil Dişi Sahili), Nabi Keyta (“Liverpul”, Qvineya), Aşraf Hakimi (PSJ, Mərakeş), Eduard Mendi (“Çelsi”, Seneqal) və Kalidu Kulibalinin (“Napoli”, Seneqal) adı var.

İlin “Ən yaxşı” komandası adı uğrunda isə Burkin-Faso, Kamerun, Misir, Mərakeş və Seneqal yığmaları mübarizə aparacaqlar.

Qaliblər konfederasiyanın texniki komitəsinin üzvlərinin, jurnalistlərin, baş məşqçi və kapitanların səsverməsi nəticəsində müəyyənləşəcək.

Mükafatların təqdimetmə mərasimi iyulun 21-də Mərakeşdə keçiriləcək.

Xəbər 272 dəfə oxundu.