Azərbaycan döyüşçüsü Rafael Fiziyev UFC-nin reytinq cədvəlində 3 pillə irəliləyib
UFC (Mütləq Döyüş Çempionatı) MMA döyüşçülərinin yeni reytinq cədvəlini açıqlayıb.

Azərbaycan döyüşçüsü Rafael Fiziyev yüngül divizionun reytinq cədvəlində 3 pillə irəliləyərək yeddinci yerə yüksəlib.

Qeyd edək ki, iyulun 10-da ilk dəfə Azərbaycanı təmsil edən 29 yaşlı idmançı ABŞ-ın Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusla üz-üzə gəlib. R.Fiziyev "UFC Vegas 58" turnirinin sonuncu - 5-ci raundunda rəqibini nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.

Xəbər 240 dəfə oxundu.