Millimizin futbolçusu Dmitri Nazarov “Erzgebirge” klubunda mövsümün ən yaxşı oyunçusu seçilib
Millimizin futbolçusu Dmitri Nazarov çıxış etdiyi Almaniyanın “Erzgebirge” klubunda 2021/2022-ci il mövsümünün ən yaxşı oyunçusu seçilib.

Hücumçu ənənəvi azarkeş sorğusunda birinci olub. O, 719 səs toplayıb və 55,9 faizlə qalib gəlib.

Qeyd edək ki, “Erzgebirge” yeni mövsüm Almaniya Üçüncü Liqasında mübarizə aparacaq.

Xəbər 236 dəfə oxundu.