“Qəbələ” klubu dörd futbolçu ilə yollarını ayırıb
“Qəbələ” klubu dörd futbolçu ilə yollarını ayırıb.

Yarımmüdafiəçilər Stefan Vukçeviç, Fernan Lopes, Kamal Mirzəyev və hücumçu Patrik Robson 2022-2023-cü il mövsümündən “qırmızı-qara” formada çıxış etməyəcək.

2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan S.Vukçeviç iki mövsüm ərzində 58 oyunda 2 qol vurub. Ötən mövsümün əvvəlində birillik fasilədən sonra komandaya qayıdan Fernan Lopesin hesabında 40 matçda 4 top var. Fasilələrlə “qırmızı-qara” forma geyinən K.Mirzəyev 15, qışda transfer olunan P.Robson 13 qarşılaşmada iştirak edib.

Xəbər 418 dəfə oxundu.