Azərbaycan Xüsusi Olimpiya Komitəsinin futbol komandası Estoniyada beynəlxalq turnirin qalibi olub
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət futbol yığma komandası Estoniyanın Vilyandi şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.

Turnirin ikinci günündə qrup oyunlarında Belçikanı 4:0 və Macarıstanı 3:1 məğlub edən yığma komandamız divizionda birinci yerə çıxıb və finala vəsiqə qazanıb.

Final mərhələsində Litva yığma komandası ilə qarşılaşan xüsusi olimpiyaçılarımız 3:0 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıblar.

Xəbər 247 dəfə oxundu.