“İnter” klubu futbolçusu Arturo Vidalla yollarını ayırıb
İtaliyanın “İnter” klubu futbolçusu Arturo Vidalla yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Çilili yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Vidal ötən mövsüm “İnter”in heyətində 40 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Otuz beş yaşlı oyunçunun “Flamenqo” (Braziliya) ilə müqavilə imzalayacağı gözlənilir.

Xəbər 348 dəfə oxundu.