Həvəskar komandalar arasında 23-cu ölkə birinciliyinin qalibi müəyyənləşib
“Dalğa Arena”da futbol üzrə həvəskar komandalar arasında 23-cu ölkə birinciliyinin final oyunu keçirilib.

Həlledici oyunda Masallının “Ərkivan” və Bakının “Mübariz” komandaları qarşılaşıblar. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 2 qol vuran “Ərkivan” komandası yekunda 3:1 hesablı qələbə qazanaraq birinciliyin qalibi olub.

Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Üçüncü pillənin sahibi “Lokomotiv” komandasına bürünc medallar və diplomlar, ikinci yerin sahibi “Mübariz” komandasına gümüş medallar və diplomlar təqdim olunub. Qalib komandaya qızıl medallar, diplomlar və kubok verilib.

Mükafatları Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov, vitse-prezident Rahib Əliyev, İcraiyyə Komitəsinin üzvü Nadir Əliyev və baş katib Füzuli Nəcəfov təqdim ediblər.

Xəbər 262 dəfə oxundu.