Çempionlar Liqası: "Qarabağ" bu gün cavab oyununa çıxacaq
UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” bu gün turnirin birinci təsnifat mərhələsinin cavab oyununda Polşanın “Lex” klubu ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası (Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper) idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında bir həftə əvvəl Poznanda keçirilmiş ilk oyun “Lex”in 1:0 hesablı qələbəsilə başa çatıb.

Xəbər 271 dəfə oxundu.