Jurnalistlər arasında keçirilən şahmat üzrə komanda yarışında qrup mərhələsinin görüşləri başa çatıb
Milli Mətbuat Gününə həsr olunan jurnalistlər arasında şahmat üzrə komanda yarışında qrup mərhələsinin görüşləri başa çatıb.

Respublika Şahmat Mərkəzində “Azərlotereya”nın baş sponsorluğu ilə təşkil olunan turnirdə pley-offun iştirakçıları məlum olub.

Dairəvi sistem üzrə baş tutan və hər qrupda 8 komandanın mübarizə apardığı turnirdə ilk dördlük finala vəsiqə qazanıb.

“FutbolTrend” komandası (Faiq Tahirov, Vüqar İmanov) 5 qələbə və 2 heç-heçə ilə 14 finala lider kimi yüksəlib. A qrupunda ilk dördlükdə qərarlaşan “Master” (Murad Əliyev, Seymur Baxşıyev), “Savalan” (Elmidar Əliyev, Samirə Allahverdiyeva) və “Veni Vidi Vici” (Seymur Teymurov, Vüqar Məmmədov) komandaları final mərhələsinə çıxıb.

B qrupunda “Qoallisimo” (Aysel Adıgözəlli, Səddam Laçın) 3 qələbə və 4 heç-heçə ilə 10 xal toplayaraq liderliyi təmin edib. Eyni zamanda, “Firavan” (Pünhan Şükür, Bəxtiyar Məcidli), “Ağ-qara” (Sərxan Musalı, İman Məcidov) və “Siciliya müdafiəsi” (İlkin Vidadioğlu, İbrahim Məmmədov) kollektivləri 14 finalda iştirak etmək imkanı qazanıblar.

Beləliklə, B qrupunun lideri “Qoallisimo” 14 finalda digər qrupda dördüncü yeri tutan “Veni Vidi Vici” ilə qarşılaşacaq. 14 finalda “Firavan”-“Savalan”, “Master”-“Ağ-qara”, “FutbolTrend”-“Siciliya müdafiəsi” görüşləri baş tutacaq.

14 finaldan etibarən yarış Olimpiya sistemi ilə davam edəcək. Növbəti mərhələdə komandalar iki oyun keçirəcəklər.

Çempionatın qalibləri 22 İyul - Milli Mətbuat Günü ərəfəsində mükafatlandırılacaqlar. İlk üç yeri tutacaq komandalara pul mükafatı, sponsorlardan qiymətli hədiyyələr və diplom təqdim olunacaq. Eyni zamanda, bağlanış mərasimində təşkilat komitəsi xüsusi nominasiyalar üzrə qalibləri elan edəcək.

Turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının texniki direktoru Rəhim Qasımovdur.

Xəbər 293 dəfə oxundu.