İspaniya millisinin sabiq qapıçısı Pepe Reyna keçmiş klubuna qayıdıb
Futbol üzrə İspaniya millisinin sabiq qapıçısı Pepe Reyna ölkəsinə qayıdıb.

40 yaşlı qolkiper sabiq komandası “Vilyarreal”la anlaşıb.

“Latsio”dan ayrılaraq azad agent statusu alan Reyna 2002-2005-ci illərdə formasını geyindiyi “Vilyarreal”la birillik müqavilə imzalayıb. Onun yeni komandasında təqdimat mərasimi iyulun 11-nə planlaşdırılıb.

Qeyd edək ki, Pepe Reyna 2003-cü və 2004-cü illərdə “Vilyarreal”la İntertoto kubokunu qazanıb.

Xəbər 418 dəfə oxundu.