Azərbaycan millisinin futbolçusu İsveçrə klubu ilə müqavilə imzalayıb
Azərbaycan millisinin və İngiltərə “Vulverhempton” klubunun futbolçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasına keçib.

23 yaşlı hücumçu Sürix təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, R.Dadaşov 2020-ci ildə də icarə əsasında “Qrasshopper”də çıxış edib.

Xəbər 371 dəfə oxundu.