Mədət Quliyev: İşğaldan azad olunmuş torpaqlarımızda yarışların təşkili bizi çox sevindirir
Xalqımızın 30 ildə arzusu bu idi ki, torpaqlarımız işğaldan azad olunsun və həmin yerlərdə yarışlar keçirək. Bu gün bu arzumuzun gerçəkləşməsi bizi çox sevindirir.

Bu sözləri Bakı şəhərinin Pirallahı rayonunda “Nərəkənd” parkında keçirilən "Əziz Şuşa" beynəlxalq veloyürüşü zamanı Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev jurnalistlərə müsahibəsi zamanı bildirib. O qeyd edib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad etdi. Qısa bir zamanda burada gözəl infrastruktur yaradılıb.

“Velosiped elə bir idman növüdür ki, o, qapalı yox, acıq yerdə keçirilir. Qısa bir zamanda gözəl bir Zəfər yolu çəkilib. Sabah güclü idmançılar orada yarışacaqlar”, - deyə o əlavə edib.

Xəbər 229 dəfə oxundu.