Kişi voleybolçulardan ibarət millimiz Belarusa yollanıb
“AVRO-2023”ün təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının növbəti mərhələsi üçün
Komandamız Minskdə iyulun 16-dək hazırlıq keçəcək.

Voleybolçularımız təlim-məşq toplanışı ilə yanaşı, yerli yığma ilə yoldaşlıq görüşlərində də güclərini yoxlayacaqlar.

Qeyd edək ki, Minsk hazırlığının ardınca Belarus yığması Bakıya səfər edəcək. İki komandanın paytaxtda birgə məşqi və bir neçə yoxlama matçı nəzərdə tutulub.

Xəbər 232 dəfə oxundu.