Trek velosipedi üzrə Avropa çempionatında Azərbaycanı iki idmançı təmsil edəcək
İyulun 14-19-da Portuqaliyanın Anadia şəhərində trek velosipedi üzrə Avropa çempionatı keçiriləcək.

Gənclər və U-23 yaş kateqoriyasında mübarizə aparan idmançılar arasında təşkil ediləcək yarışda Azərbaycan da təmsil olunacaq.

Yarışda gənc oğlanlardan ibarət milli komandamızın üzvü Kamran Mirzəxanov və U-23 yaş kateqoriyasında qadınlardan ibarət yığmamızın velosipedçisi Ayan Xankişiyeva iştirak edəcəklər.

Xəbər 430 dəfə oxundu.