Uşaqlar üçün idman festivalı təşkil edilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində yay istirahət düşərgəsinin uşaqları üçün idman festivalı keçirilib.

Festivalın ilk günündə şahmat yarışı və özünü müdafiə sənəti üzrə mütəxəssislərin iştirakı ilə seminar təşkil olunub.

Qeyd edilib ki, düşərgə müddətində iştirakçılar arasında müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.

Xəbər 244 dəfə oxundu.