Yeniyetmə ağır atletlərimiz dünya birinciliyində
Slovakiyanın Koşitse şəhərində keçiriləcək yeniyetmə ağırlıqqaldıranlar arasında dünya birinciliyinə yollanacaq Azərbaycan millisinin heyəti açıqlanıb. Ağır Atletika Federasiyasından idman.com.az saytına verilən məlumata görə, sentyabrın 16-23-də baş tutacaq yarışda əsasən Avropa çempionatında uğurlu nəticə əldə edən idmançılarımıza şans veriləcək.

Yeniyetmələrdən ibarət yığmamızın baş məşqçisi Asif Məmmədov mundialda da Valeh Baxşalızadə (50 kq), Həsən Həsənov, Kənan Əliquliyev (hər ikisi - 62 kq), Elxan Əliqulizadə, Ceyhun Tağızadə (hər ikisi - 69 kq), Dadaş Dadaşbəyli (85 kq), Azər Məmmədliyə (+ 94 kq) şans verəcək. O, ehtiyat idmançı kimi Rüstəm İmanzadəni (56 kq) düşərgəyə çağırıb.

Çempionatda Azərbaycanı hakim qismində Vahid Nəzərov təmsil edəcək.

Xəbər 1298 dəfə oxundu.