Dünya çempionatında futzal millimizin rəqibləri məlum olub
2024-cü ildə keçiriləcək futzal üzrə Dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsində mübarizə aparacaq Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.

Bu gün İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatmanın nəticələrinə əsasən, millimiz Polşa və Yunanıstan yığmaları ilə birlikdə 6-cı qrupda yer alıb.

Qeyd edək ki, oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 komanda birbaşa elit-raunda vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. Elit-raundun püşkü isə 2023-cü il iyulun 5-də atılacaq.

Seçmə mərhələnin oyunları sentyabrın 12-21-də, oktyabrın 3-12-də, noyabrın 6-9-da və fevralın 27-dən martın 8-dək keçiriləcək.

Xəbər 251 dəfə oxundu.