Azərbaycan kikboksinqçisinin Ümumdünya Oyunlarında rəqibi müəyyənləşib
ABŞ-ın Birminqem şəhərində keçiriləcək Ümumdünya Oyunlarında mübarizə aparacaq Azərbaycan kikboksinqçisi, dünya çempionu Bəhram Rəcəbzadənin (+91 kq) rəqibi müəyyənləşib.

idmançımız K1 üsulu ilə keçiriləcək mübarizəyə 1/4 finaldan start verəcək. Onun mötəbər turnirdəki rəqibi Monteneqro təmsilçisi Miroslav Vuyoviç olacaq. Bəhram Rəcəbzadənin yarımfinala adlayacağı halda, Oskar İquera (Venesuela) – Roman Şerbatyuk (Ukrayna) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, Ümumdünya Oyunlarında kikboksinq yarışları iyulun 10-dan 15-dək keçiriləcək.

Xəbər 485 dəfə oxundu.