Abşeron Olimpiya İdman Kompleksində badminton zalı istifadəyə verilib
Dünya Badminton Günü ilə əlaqədar Abşeron Olimpiya İdman Kompleksində Azərbaycan Badminton Federasiyası, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə əməkdaşlığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə badminton zalı istifadəyə verilib.

Zalda eyni vaxtda 50-ə yaxın şəxsə badminton məşqlərinin keçirilməsi nəzərdə tutulur.

Abşeron Olimpiya İdman Kompleksinin nəzdində fəaliyyət göstərəcək badminton zalı həm də gələcəkdə parabadminton üzrə milli komandamızın formalaşması üçün baza rolunu oynayacaq. Zal ətraf ərazilərdə yaşayan sakinlərin məşqlərə qatılmasına əlverişli şərait yaradacaq.

Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları üçün Azərbaycan Badminton Federasiyasının məşqçiləri tərəfindən mütəmadi olaraq badminton təlimləri təşkil olunur.

Xəbər 395 dəfə oxundu.