“Zirə” klubu Türkiyənin “Eyüpspor” komandası ilə üz-üzə gələcək
Türkiyə təlim-məşq toplanışını davam etdirən “Zirə” futbol klubu bu gün növbəti yoxlama görüşünü keçirəcək.

Baş məşqçi Rəşad Sadıqovun komandası Türkiyə Birinci Liqasında çıxış edən “Eyüpspor” klubu ilə üz-üzə gələcək. Boluda oynanılacaq görüş Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Qeyd edək ki, Bakı təmsilçisi ilk yoxlama görüşündə Rumıniyanın “Hermanşdadt” klubuna 1:2 uduzub.

Xəbər 260 dəfə oxundu.