“Neftçi” klubu bu gün Türkiyədə ilk yoxlama oyununu keçirəcək
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu bu gün ilk yoxlama oyununu keçirəcək.

Baş məşqçi Laurentsiu Regekampfın komandası Türkiyə Birinci Liqasında çıxış edən “Sakaryaspor”la üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 16:45-də start götürəcək.

Qeyd edək ki, “Neftçi” hazırlıq çərçivəsində 3 yoxlama matçı keçirməyi planlaşdırır.

Xəbər 382 dəfə oxundu.