Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov çempionlar turunun növbəti mərhələsində iştirak edəcəklər
Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Mayamidə start götürəcək çempionlar turunun növbəti mərhələsində iştirak edəcəklər.

iyulun 10-da start götürəcək yarışda qrosmeysterlərimizlə yanaşı, Yan-Kşiştof Duda, Radoslav Voytaşek (Polşa), Aniş Giri (Hollandiya), Leyner Dominqes, Levon Aronyan, Samuel Sevyan, Samuel Şenkland, Ceffri Şonq, Hans Niman (ABŞ), Riçard Rapport (Macarıstan), Aryan Tari (Norveç), Vei Yi, Yu Venjun (Çin) və Arjun Erigaisi (Hindistan) çıxış edəcəklər.

Yarışın mükafat fondu 210 min dollardır.

Xəbər 332 dəfə oxundu.