“Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib
İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

A Seriya təmsilçisi Belçika millisinin hücumçusu Divok Oriqini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İyirmi yeddi yaşlı forvardla 4 illik müqavilə imzalanıb.

Futbolçunun sonuncu klubu İngiltərənin “Liverpul” komandası olub. O, “Milan”a azad agent kimi keçib.

Xəbər 245 dəfə oxundu.