“Mançester Yunayted” klubu yeni transferini açıqlayıb
İngiltərənin “Mançester Yunayted” klubu yeni transferini açıqlayıb.

Mançester təmsilçisi Niderlandın “Feyenoord” klubunda çıxış edən Tayrell Malasia ilə güclənib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İyirmi üç yaşlı müdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb.

“Feyenoord”un yetirməsi olan futbolçu 2017-ci ildən bu klubun əsas komandasında çıxış edirdi.

Xəbər 330 dəfə oxundu.